Yazıçı-publisist tələbələrlə görüşüb
12.4.2018

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin görüşü keçirilib.

Tədbiri fakültənin dekanı Vüqar Zifəroğlu açıb. Şəmil Sadiq yaradıcılığına qısa şərh verib. Yazıçının “Odərlər” romanı ilə müasir ədəbiyyatımızdakı tarixi-roman janrına marağın artdığını bildirib.

Görüşdə Şəmil Sadiq jurnalistika fakültəsi ilə bağlı xatirələrini bölüşüb, gənc tələbələrə səmimi tövsiyələr verib: “Mən əsasən ədəbiyyatçıyam, Cavidşünasam. Yaxşı, vicdanla işləyən qələm əhlini xalqı üçün çalışan insan hesab edirəm. Sizə gələcək fəaliyyətinizdə əsasən xalq üçün işləməyi, yaşadığınız cəmiyyətə səmərəli olmağı hər şeydən üstün tutmağınızı diləyirəm”.

Qonaq tələbələri maraqlandıran suallara cavab verib.

Sonda yazıçı öz kitablarını imzası ilə tələbələrə hədiyyə edib, xatirə şəkli çəkdirib.


azertag.az