Aprelin 14-də Heydər Əliyev Sarayının səhnəsində dirijor İqor Ponomarenkonun idarə etdiyi “IP ORCHESTRA” simfonik orkestrinin konserti olub.
Orkestrin ifasında “Highway to Hell” (AC\DC qrupu), “Smoke On The Water” (Deep Purple), “Yesterday” (The Beatles) kimi rok-musiqi hitləri səsləndirilib. Musiqiçilərin çıxışı bakılı tamaşaçıların sevincinə səbəb olub.
Qeyd edək ki, bir sıra əsərlər, xüsusilə məşhur “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları“ müziklləri tanınmış bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartet” musiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyada və bütün dünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “IP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub.
azertag.az