Jest informatikası ilə bağlı araşdırmalar aparılacaq
17.4.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində bu il informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində müxtəlif mövzular üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Bu barədə institutun elmi şurasının növbəti iclasında mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova məlumat verib. O deyib ki, bu il jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların aparılacaq. Onun sözlərinə görə, intellektual testlərdən və oyunlardan istifadə etməklə informatika fənninin tədrisində olan bəzi problemlərin həlli üçün təkliflərin işlənilməsi də bu il görüləcək işlər sırasındadır.


azertag.az