Bakıda ikinci dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək
18.4.2018

Mayın 2-dən 17-dək Bakıda növbəti dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək.

Festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq.

Həmçinin Avropa tolerantlığı barədə 40-dan çox müxtəlif mövzulu sənədli filmin nümayişi və fotosərginin açılışı planlaşdırılır. Tədbir çərçivəsində, eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş və müzakirə olunacaq. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edəcək bu festival İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları və Argentinanın Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində reallaşacaq.


azertag.az