“iPhone”lar üçkameralı olacaq
19.4.2018

Gələcəkdə istehsal olunması planlaşdırılan “iPhone”lar haqda yeni məlumatlar yayılıb.

“Apple” üçkameralı “Iphone” istehsal etməyə hazırlaşır.

Bildirilir ki, kamerada 12 meqapiksel linzalar olacaq. Üçkameralı “iPhone”lar 2019-cu ildə satışa çıxarılacaq.

Eyni zamanda, kameranın 6P dizaynı ilə beş dəfə yaxınlaşdırma (zoom) qabiliyyətinə sahib olacağı da gələn məlumatlar arasındadır. Ancaq “zoom”un optik, dijital, yoxsa hibrit kameraya malik olacağı barədə informasiya verilməyib.

Qeyd edək ki, hazırda mövcud olan “iPhone 8”də tək kamera ilə beş dəfə yaxınlaşdırmaq mümkündür, “iPhone 8 Plus” və “iPhone X”də isə iki dəfə optik yaxınlaşdırma və 10 dəfəyə qədər dijital yaxınlaşdırma var.

oxu.az