Xalq Yazıçısı Anar TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub
19.4.2018

Azərbaycanın Xalq Yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin sədri Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı ilə təltif olunub.

Xalq Yazıçısına bu mükafat 80 illik yubileyi münasibətilə təqdim edilib.

Medal Xalq Yazıçısına türk dünyasının 2018-ci ildə mədəniyyət paytaxtı seçilmiş Türkiyənin Kastamonu şəhərində verilib.


azertag.az