Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilib.
Nazirlikdən bildirilib ki, toplantıda mərkəzin direktoru Asif Usubəliyev layihə, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti barədə danışıb.
Klubun üzvləri, Çuxur Qəbələ kəndinin sakinləri çıxışlarında nazirliyin pilot layihəsini yüksək qiymətləndirib və uşaqların tərbiyəsində, habelə kitabxanalara marağın artırılmasında rolunu qeyd ediblər.
Xatırladaq ki, “Kitabsevərlər klubu” artıq Qəbələ rayon Bum qəsəbəsində, Tikanlı və Xırxatala kənd kitabxanalarının nəzdində də təsis edilib, klubun kənd məktəblərində görüşləri təşkil olunub.
azertag.az