"Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq
20.4.2018

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə "Baku Guide Service"in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq.

Assosasiyadan verilən xəbərə görə, kursların məqsədi yeni və peşəkar resepsionistlərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha da yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır.

Tədris materialları Azərbaycan və Rus dillərində təmin olunacaq və 2 ay müddətində davam edəcək. Ödəniş haqqının 350 manat olması nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün müraciətlər mayın 1-nə qədər qəbul olunur.

Kursda iştirak etmək istəyən hər bir şəxs AzTA-nın ofisinə müraciət edə bilər.

report.az