Azərbaycan İslam turizminin ən populyar istiqamətləri arasında "top-10"a daxil olub
20.4.2018

Azərbaycan İslam turizminin 2018-ci il üzrə ən populyar istiqamətləri reytinqində (Global Muslim Travel Index) 130 ölkə arasında "top-10"a daxil olub.

"Crescent Rating" ekspertlətinin fikrincə, 2018-ci ildə müsəlman turistlər üçün ən populyar istiqamət Malayziya (İslam ölkələri arasında) və Sinqapur (qeyri-İslam ölkələri arasında) olub.

Türkiyə dördüncü, Qazaxıstan beşinci və Azərbaycan isə onuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, Sinqapurun "Crescent Rating" reytinq agentliyi hər il "Global Muslim Travel Index" reytiniqini tərtib edir. Tədqiqatda müsəlmanların istirahəti üçün müxtəlif amillər - viza almaq, namaz qılmaq imkanı, təhlükəsiz səyahət imkanı, halal məhsulların əlçatanlığı və keyfiyyəti, mehmanxanalardakı yaşayış şərtləri qiymətləndirilir.


report.az