Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq
23.4.2018

Prezident İlham Əliyev aprelin 23-də Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin may ayında tanınmış aktyor, teatrşünas alim və pedaqoq, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Nadir istedada malik rejissor kimi M.Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.


azertag.az