Mayın 7-dən 11-dək Gürcüstanın paytaxtında IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək. Festival Aleksandr Qaliçin 100 illik yubileyinə və Vladimir Vısotskinin 80 illik yubileyinə həsr olunub.
Gürcüstan saytlarına istinadla xəbər verilir ki, ölkəmizi festivalda Cavid İmamverdiyev və Vəfa Məmmədova təmsil edəcək.
Tədbirdə 10 ölkədən musiqiçilər iştirak edəcək.
Qeyd edək ki, festival ilk dəfə 2014-ci ildə keçirilib.
azertag.az