ABŞ-ın Boulder şəhərində yerləşən Ulmsk və Kolorado universitetlərindən olan tədqiqatçılar müəyyən ediblər ki, şəhər həyatında ev heyvanı saxlamamaq insan psixikasında özünü göstərə bilər. Müşahidələrin nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalının saytında yerləşdirilib.
Eksperiment üçün yaşı 20-40 arasında olan 40 almaniyalı seçilib. İştirakçıların yarısını fermada, heyvanların əhatəsində böyüyənlər, digər hissəsini isə daim şəhərdə yaşayıb və heyvanlarla az təmasda olanlar təşkil edib.
Təcrübə iştirakçılarına müəyyən vaxt çərçivəsində sadə riyazi məsələləri həll etmək təklif olunub. Onların immunitetinin reaksiyasının öyrənilməsi məqsədilə testdən 5 dəqiqə əvvəl, həmçinin 15, 60, 90 və 120 dəqiqə sonra kişilərdən qan və ağız seliyi nümunələri götürülüb.
Nəticədə ikinci qan qrupu nümayəndələrində periferik qanın mononüvə hüceyrələrinin yüksək artımı müşahidə edilib ki, bunlar da stress vəziyyətlərində immunitetin reaksiyasında əsas komponentlərdir. Hətta tapşırıq veriləndən iki saat keçdikdən sonra şəhər sakinlərində interleykin-6-nın yüksək artımı və interleykin-10-nun aşağı fəallığı müşahidə edilib. Bu, stress vəziyyətində iltihabəleyhinə prosesin olduğunu göstərir.
Fermada böyüyən insanların orqanizmlərinin stressə reaksiyası daha sakit olub. Bu isə, öz növbəsində, gələcəkdə onlarda psixi xəstəliklərin inkişaf riskini azalda bilər.
Tədqiqatçıların fikrincə, ev heyvanlarından sahiblərinə ötürülən mikroorqanizmlər insanları stressə daha çox uyğunlaşdırır. Bakteriyaların təsiri altında immun sistemi iltihabəleyhinə proseslərdə balansa yiyələnir və allergiyanın, autoimmun xəstəliklərinin, həmçinin psixi pozulmaların yaranma riskinin qarşısını alır.
azertag.az