Mayın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli yapon rəssamı və qravüraçısı Katsuşika Hokusay yaradıcılığına həsr edilmiş tədbir keçiriləcək.
“Dünya incəsənətinin manqa sənətkarı: Hokusayın yaradıcılıq yolu” adlı tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin kuratoru “Artlogos” klubunun spikeri Rüstəm Hüseynovdur.
Hokusayın əsərlərinin motiv və texniki üsulları, gərgin və əyri xətləri dövrünün bir sıra rəssamlarının yaradıcılığı üçün xarakterik xüsusiyyətə çevrilir. Hokusay qravürlərinin tematikası Vinsent Van, Qoqdan Pyer, Ogyust Renuara qədər bir çox avropalı rəssamların yaradıcılığında mövcuddur. Hokusayın bir çox əsərləri, ayrı-ayrılıqda yalnız özünəməxsus bədii xarakteristikası və dünya incəsənətinə təsiri ilə deyil, eləcə də Yaponiya mədəniyyətini və incəsənətini özündə əks etdirən məxəz kimi də dəyərlidir. Məsələn, “Hokusayın Manqa”sı nəinki rəssamın yaradıcı fəlsəfəsini özündə əks etdirir, həmçinin bu rəsmlər “yapon xalqının ensiklopediyası” hesab olunur.
Sərgiyə giriş sərbəstdir.
azertag.az