2016-cı ildən etibarən ştat personalı 50 nəfərdən artıq olan "BSC" Consulting&Outsourcing şirkəti Azərbaycan bazarı üçün prinsipial yeni xidmət olan HR konsultasiyasını və autsors xidmətini təklif edir.
Onun mahiyyəti - korporativ HR bölmələrinin bütün (və ya böyük əksəriyyət) ixtisaslaşdırılmış funksiyalarının autsorsinqə ötürülməsidir
İR xidmətlərin tam autsorsinq ideyası yeni deyildir. Ümumilikdə, o, xaricdə lazımi inkişaf dərəcəsini qazanmışdır. Belə ki, Garther araşdırmalarına müvafiq olaraq, 2006-cı ildə İR ilə əlaqədar olan biznes proseslərin aursorsinqinin məbləği dünya bazarında 24.6 mlrd. dollara çatmışdır və 2005-ci il ilə müqayisədə 4.7% artmışdır. Bununla yanaşı biznes proseslərin aursorsinq bazarının birgə həcmi 2006-cı ilə görə 8.3% artmışdır və 134.7 mlrd. dollar təşkil etmişdir. Beləliklə, İR autsorsinqin ümumdünya autsorsinq bazarında payı 18.7%-ə bərabərdir. Bununla belə, Garther məlumatları üzrə İR autsorsinqinin 75%-ə yaxın mədaxili əmək haqqının hesablanması və güzəştlərin idarə edilməsi üzrə xidmət verir:digərləri təlim və treninqlər, rekrutinq və kadrların idarəedilməsinin hesabınadır. Bu gün Azərbaycan bazarında daxili xidmət üçün İR xidmət yalnız hedhartinq (müəyyən "başlar" üçün məqsədəyönlü "ov"), rekrutment (müəyyən tələblərə cavab verən əməkdaşlar dəstəsi), treninqlər və personalın qiymətləndirilməsini verir. Şirkətin kadr kargüzarlığının mühasiblər vasitəsi ilə aparılmasına daha çox üstünlük verilir. Bundan əlavə, çox az firma personalın əsaslanması proqramlarının işlənib hazırlanmasını autsorsinqə verir (məhz bu proseslər İR menecerlərin son dərəcə savadlı olmasını tələb edirlər). İR funksiyaların tam kompleksinin autsorsinqə verilməsi iqtisadiyyat mövzuları üzrə daha cəlbedicidir. İş ondadır ki, müxtəlif İR prosedurların, kompensasiya sistemlərinin işlənib hazırlanması və tətbiq edilməsi, qreydləşdirmənin əsasında personalın təlimi və inkişafı proqramlarının yaradılması yüksək maaşlı menecerlərin cəlb olunmasını tələb edir. Bu cür layihələr tətbiq edildikdən sonra personalı idarəetmə xərcləri aşağı enməlidir, lakin real təcrübədə bu baş vermir.
Hal-hazırda "BSC" İR konsultasiya məsləkinin sayı həm yaxşı nəzəri hazırlığa, həm də zəngin təcrübəyə malik olan on beş nəfər komandadan ibarətdir və gələcəkdə elan olunacaq xidmət tələbatının artması həddi üzrə artacaqdır. Bu gün İR xidmətinin autsors edilməsi çətin və məsuliyyətli prosesdir. Burada autsorsa verilən müəssisənin güvənliyinin yoxlanılması və orada calışan işçilərin professional olması mütləqdir.
İR idarəetmə sisteminin qurulmasına dair son uğurlu layihələrdən biri “TECHNOL” MMC-də sistemin qurulmasıdır. 6 ay davam edən bir layihə İnsan resurslarının idarəetmə sisteminin bütün tərkib hissələrinin müəssisədə işlənib hazırlanmasından, müəssisənin komandasına və inkişaf planına uyğun tədbiq olunmasından ibarət idi. Bu işdə “TECHNOL” MMC-nin rəhbərliyi və gənc, perspektivli və kreativ komandası yaxından dəstək olmuşdur. Layihənin öz çətinlikləri də var idi. Bu gün yeni yaranmış bir şirkətdə, gənc komanda ilə illərlə hazırlanıb, nəzəriyyədə öz yerini tutmuş prosedur qaydalarının tədbiqi müəyyən uyğunsuzluqlarla üzləşirdi. Ancaq ən önəmlisi bizim komandanın və “Technoil”MMC-nin istək və işə dair görüntüləri üst-üstə gəlirdi. Müəssisəyə uyğun işə qəbul və işdən azad, məzuniyyət və ezamiyyət, qiymətləndirmə və iş dəyərləndirmə prosedurları hazırlanıb, tədbiqi qaydaları müəyyən edildi. Altı ay davam edən bir layihə aprel ayında rəsmi hesabatla tamamlandı. Layihədə yaxından dəstək olduqları üçün “TECHNOİL”MMC-nin rəhbərliyinə və bütün komanda üzvlərinə öz təşəkkürümüzü bildirirk. İnanırıq ki, layihə nəticəsində əldə olunan və tədbiq olunan bilik və bacarıqlar şəxsi inkişaf və yüksəliş, biznesin təmin olunması və şirkətin uğura nail olmasının təmin edilməsi məqsədilə öz işini rəqiblərlə müqayisədə daha yaxşı, daha tez və daha peşəkarcasına yerinə yetirmək üçün şirkətlə uzunmüddətli əməkdaşlığa yönəldilmiş mütəşəkkil peşəkar komandanın yaradılmasına köməklik edəcək.
trend