2013-cü ildə dünyada işsizlərin sayı rekord həddə çatacaq.
Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.
BƏT-in hesablamalarına görə, 2013-cü ildə dünyada işsizlərin sayı 202 milyon nəfər olacaq.
2007-ci ildə qlobal maliyyə böhranı başlayandan bəri dünya miqyasında işsizlərin sayı 28 milyon nəfər artaraq 197 milyon nəfərə çatıb.
Daimi iş yeri olmayanların sayı da ötən il artıb.
2014-cü ildə işsizlərin sayı daha 3 milyon nəfər artacaq, 2017-ci ildə isə 210,6 milyon nəfər təşkil edəcək. Beləcə, planetdəki əmək qabiliyyətli insanların 6 faizi işsiz olacaq.
BƏT ekspertləri bildirirlər ki, işsizlər daha çox yaşları 24-ə qədər olan insanlar arasındadır. Onların 13 faizi işsizdir.
İş tapmaq fikrindən vaz keçənlərin sayı da artır. İşədüzəltmə bürolarına verdikləri anketləri 39 milyon insan geri götürüb.
İnkişaf etmiş ölkələrdə işsizlərin 1/3 faizi 1 ildən çoxdur ki, heç bir yerdə çalışmır.
Milli.Az