Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməcilik keçirilib.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, iməcilikdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gəncləri, bələdiyyə nümayəndələri və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
İməcilik zamanı 5 mindən çox ağac və gül kolları əkilib, eyni zamanda, ərazidəki divarlar rənglənib, səliqə-sahman işləri aparılıb. İməcilikdən sonra rayondakı 30 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə flaşmob keçirilib, 6 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin rəqs kollektivi müxtəlif rəqs nümunələri ifa ediblər.
azertag.az