AMEA Botanika İnstitutunda Heydər Əliyevin doğum günü qeyd olunub
10.5.2018

AMEA Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Botanika İnstitutundan verilən məlumata görə, tədbiri İnstitututun direktoru, akademik Validə Əlizadə açaraq Ulu Öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb: “Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmuşdur. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.”

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi edib. O, siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb.

Tədbirdə b.ü.e.d., professor Səyyarə İbadullayeva, b.ü.e.d., AMEA-nın professoru Dilzara Ağayeva, b.ü.f.d., dosent Rəşad Səlimov və ümumi işlər üzrə direktor müavini İmran Babayev Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və fenomenal siyasi bacarığından danışıblar.

Sonda Heydər Əliyevin həyatından bəhs edən video-çarx nümayiş olunub.


trend