Məşhur “Papa John’s” pizzasının dadına indi Park Bulvarda da baxmaq olar.
Qlobal pizzeriya şəbəkəsinin Azərbaycandakı yeni restoranının açılışı mayın 11-də baş tutdu. Hadisə pizzasevərlər və ticarət mərkəzinin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Papa John’s” restoranlar şəbəkəsi 1984-cü ildə Amerika Birləşmiş Ştatlarında Con Şnatter tərəfindən yaradılıb. Hazırda satış həcminə görə dünyada 3-cü yeri tutur və 48 ölkədə fəaliyyət göstərərək 5000-dən artıq restoranı birləşdirir.
“Daha yaxşı inqrediyentlər, daha yaxşı pizza” şüarına sadiq qalaraq, pizza “Papa”nın xüsusi standartlarına uyğun, yalnız təzə və yüksək keyfiyyətli məhsullardan hazırlanır.
“Papa John’s” 2012-ci ildən Azərbaycandadır və bu gün Bakıda aşağıdakı ünvanlarda yerləşən beş restoranda öz xidmətlərini göstərir:
Mirzağa Əliyev küç. 138 (Nizami m/s),
Nizami küç. 106A (Sahil m/s),
Atatürk pr-ti 29 (Gənclik m/s),
Cavadxan küç. 15C (M. Əcəmi m/s),
Neftçilər pr-ti 92 (Park Bulvar).
oxu.az