Nazim Məcidov: “Bulvara yeni attraksion və karusellər gətiriləcək”
25.1.2013

Dəniz kənarı Bakı bulvarına yay mövsümünə qədər bir neçə yeni attraksion və karusellər gətiriləcək.
Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bulvar ərazisinə attraksionların gətirilməsi hər zaman gündəmdədir.

“Bulvarın yeni tikilən hissəsində heç bir attraksion və karusel yoxdur. Ancaq orada tələbat yaranıb. Bu səbəbdən də yay aylarında, ola bilər ki, sentyabra qədər attraksion və karusellər gətirilsin”.

N.Məcidov onu da deyib ki, Bakı bulvarının yeni tikilən sahəsində yaşıllıq sahələri genişləndirilir, yeni ağaclar əkilir. Həmçinin həmin ərazilərdə kafe və restoranların tikintisi nəzərdə tutulur.

Gün.Az