Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.
Gənclər Fondundan bildirilib ki, axşam saat 20:00-dan 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifaları ilə iştirakçıların daha əyləncli bir axşam yaşadıb.
Paytaxtın sakinləri və qonaqlar, xüsusilə gənclər iyulun 14-dən sentyabrın 1-dək hər həftənin şənbə günləri saat 20:00–dan 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərlər.
Festival ərazisində iştirakçılara piknik etməyə, müxtəlif oyunlar və yarışlar keçirmələrinə şərait yaradılır.
Festivala giriş ödənişsizdir.
azertag.az