Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq."Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şərq küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 28-29 yanvarda Bakıxanov qəsəbəsinin H.Cavid, İ.Krılov, A.Bakıxanov, T.Mustafayev, Q.Qarayev, Ə.Anaplı küçələrinə içməli su fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Milli.Az