Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub.
Gürcüstan mətbuatına istinadən xəbər verilir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.
Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyədir (286 mln. dollar).
Ümumilikdə, ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.
report.az