Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış işə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplanışda çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov məktəbdə keçən müddət ərzində aparılan fəaliyyətləri təhlil edərək yeni tədris dövründə qarşıda duran vəzifələri, xüsusilə də müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarına çatdırıb.
General-mayor F.Salahov zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Təlim-metodiki toplanış sentyabrın 7-dək davam edəcək.
report.az