Azərbaycanın tanınmış qadın güləşçisi Qran Pridə yarışacaq
5.9.2018

Azərbaycanın qadın güləşçilərdən ibarət milli komandasının kapitanı Mariya Stadnik “Poland Open" turnirinə qatılacaq.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı idmançı sentyabrın 7-də Polşanın paytaxtı Varşavada start götürəcək yarışda mübarizə apacaq. 3 gün davam edəcək turnir Dünya Güləş Birliyinin təqvim planına əsasən Qran Pri seriyasından sayılır.

Qeyd edək ki, Mariya Stadnik. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionudur.


report.az