Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşəcək
10.9.2018

Kənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 14-də saat 11:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3175800) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək olar.


azertag.az