Dinara Əliyeva Latviya Milli Operasının 100 illiyinə həsr olunan qala-konsertdə çıxış edəcək
12.9.2018

Noyabrın 16-17-də Riqada Latviya Milli Operasının 100 illiyinə həsr olunan qala-konsert keçiriləcək.

Azərbaycanın Xalq artisti Dinara Əliyeva qala-konsertdə çıxış edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib. O, Latviya Milli Opera Teatrının dəvət edilmiş solistdir.


azertag.az