Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.
Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.
Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.
Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s.
Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.
report.az