Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən yaxşı 600 klubunun siyahısını açıqlayıb.
ANS PRESS-in championat.com saytına istinadən verdiyi xəbərə görə, 2001-2012-ci illəri əhatə edən siyahıda Azərbaycanı təmsil edən 5 komandanın da adı var. “Neftçi”– 287-ci yerlə Azərbaycan üzrə ən yaxşı nəticəni göstərib. “Qarabağ” klubu 330, “Bakı”, 397, “İnter” 411, “Xəzər Lənkəran” isə 426-cı yerdədir.
Xatırladaq ki, həmin siyahıya 3.224,0 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. İngiltərənin “Mançester Yunayted” klubu 2.987,0 xalla ikinci, İspaniyanın “Real Madrid” klubu isə 2.828,0 xalla üçüncü yerdədir.