Gələn il iki Ay tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, 2019-cu ildə ilk Ay tutulması yanvarın 21-i yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Bir saat iki dəqiqə çəkəcək bu Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 2019-cu ilin sonuncu Ay tutulması isə iyulun 17-si Bakı vaxtı ilə saat 00:03-dən 02:59-dək davam edəcək. Bu Ay tutulması da ölkəmizdən müşahidə edilməyəcək.
Gələn il baş verəcək Ay tutulmaları Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.
azertag.az