Hollivud ulduzu Şeron Stoun rus filminin çəkilişlərində iştirak edəcək. Aktrisa Marüs Vaysberqin “Böyük şəhərdə məhəbbət -3″ komediyasında rol alıb. O, Filipp Kirkorovun tərəf müqabili olacaq.
F.Kirkorov artıq üçüncü dəfədir ki. Vaysberqin filmində Müqəddəs Valentin rolunu ifa edir. Süjetə görə, o qəhrəmanlara şəxsi həyatlarını qaydaya salmaqda kömək edir və bu dəfə özü də Ş.Stounun ifasındakı qadına vurulur.
Xatırladaq ki, Stoundan başqa Valentinin sevgilisi roluna Monika Beluççi də namizəd idi. Beluççi çəkilişə razılıq versə də, 2012-ci ilin noyabrında onunla danışıqlar dayandırılıb və əvəzində Stoun bu filmə dəvət alıb. Stounun filmə çəkliməsi ideyası F.Kirkorovdan gəlib. Onlar iki il əvvəl Stounun Moskva səfəri zamanı tanış olublar.
Ekran əsərinin çəkilişləri Las-Veqasda başlayıb. Ş.Stoun bu çəkilişlərdə cəmi iki gün iştirak edəcək.
Big.az