“Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” çapdan çıxıb
25.9.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” nəşr olunub.

AMEA-dan bildirilib ki, nəşrin tərtibçisi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovdur.

Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.

Əlyazmalar Fondunda mühafizə olunan 48 əlyazma və 134 əski çap kitabının qısa təsvirinin verildiyi kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.


azertag.az