Bakının 2 ərazisində hərəkət məhdudlaşdırılacaq
5.10.2018

Şənbə və bazar günləri gecə saatlarında Bakının 2 ərazisində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, təmir işləri ilə əlaqədar olaraq sabah saat 23:00-dan oktyabrın 7-si saat 06:00-a qədər (7 saat) paytaxtın Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, oktyabrın 7-si saat 23:00-dan o biri gün saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - qurum bəyan edib.

report.az