"SOCAR Polymer" layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksək Sıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.
Bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.
O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.
report.az