Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri" üzrə Beynəlxalq Məktəbin öz işinə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycan özünün peyklərini orbitə çıxarmaq fikrini elan edəndə çoxları buna skeptik yanaşırdılar: "Lakin 2010-cu ildə Azərbaycanın ilk peykini orbitə çıxarması bu niyyətin ötəri olmadığını göstərdi. Bu yaxınlarda 3-cü peykin orbitə buraxılması Azərbaycanın telekommunikasiya sahəsindəki imkanlarını daha da genişləndirir".
A.Əlizadə əlavə edib ki, Azərbaycanın peyklərini idarəedən mütəxəssislərin böyük əksəriyyəti gənc azərbaycanlı kadrlardır.
Peykin yaratdığı imkanlar hesabına Azərbaycan alimlərinin elmi-tədqiqat obyektlərini genişləndirdiyini nəzərə çatdıan A.Əlizadə deyib ki, kosmik elmi-tədqiqatlar beynəlxalq elmi əməkdaşlığı daha da gücləndirəcək.
trend.az