Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləşçilərin yarışında “B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.
Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) “A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) “D” qrupunda ikinci yeri tutub.
trend.az