Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var.
Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Bəs, saçqıranlarla necə mübarizə aparmaq olar?
Saçqıranlarla mübarizə yollarını təqdim edirik:
Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən az istifadə edin. Ümumiyyətlə, bu cihazları istifadə edərkən sçlarınıza onları nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklar vurun.
Saçları dəsmalla sərt şəkildə ovxalayaraq silməyin. Nəm saçları dəsmala bürüyün və suyun tədricən sorulması gözləyin. Sərt hərəkətlərin və zərbələrin saçların korlanmasına və qırılmasına yol açdığını unutmayın. Bundan başqa, saçları hamamdan çıxan kimi daramayın. Saçqıranların yaranmaması üçün saçların qurumasını gözləyin.
Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.
Saglamolun.Az