Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib.
Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
report.az