Ötən gün Bakıda "Honor 8X" smartfonu təqdim edildi.
"Honor 8X" telefonu həm dizaynı, həm də qiymətilə güclü bir rəqib kimi görünür. Satışdakı 800 manat civarındakı telefonların parametrlərinə malik olan bu telefon 599 manata satılacaq.
“İrşad Electronics” şirkəti yerli telefon bazarında öz yerini “Honor” telefonları ilə möhkəmləndirir. 3 ay əvvəl Çinin keyfiyyətli ağılllı telefon istehsalçısı “Honor”un eksklüziv distribütoru olan “İrşad Electronics”, bu gündən yeni “Honor 8X” telefonunun da satışına başlayır.
4 Noyabr 2018-ci il tarixində “Bulvar” oteldə “İrşad Electronics” şirkəti tərəfindən “Honor 8X” telefonunun təqdimatı keçirilib. Təqdimatda şirkətin 700 civarında olan dilerlərinin nümayəndələri iştirak edib.
“HONOR” ÖZÜNÜ DOĞRULDUB
Təqdimatdan öncə “İrşad Electronics” şirkətinin Marketinq şöbəsinin rəhbəri Elnur Kərimov bildirdi ki, respublikamızda “Honor” telefonlarının pərakəndə satışı ilə bərabər topdan satışını da “İrşad Electronics” şirkəti həyata keçirir: “Çinin “Honor” şirkəti 2013-cü ildə fəaliyyətə başlayıb. Artıq şirkətin telefonları Çin, Hindistan, Rusiya, İtaliya, Finlandiyada satış lideridir. Ötən il ABŞ-da "Black Friday"də “Honor” telefonlarının satışı ciddi artım göstərdi. “Honor” özünü doğruldub. Davamlı innovativ texnologiyalardan istifadə edilməsi, estetik dizaynlar və yaxşı keyfiyyət “Honor” telefonlarına marağı artırır. “Honor” şirkəti münasib qiymətə geniş funksiyalı telefonlar istehsal edir. Şirkət, 2020-ci ildə ilk beş, 2022-də isə ilk üç ağıllı telefon markasından biri olmağı hədəfləyir”.
SATILAN HƏR 10 TELEFONDAN 5-İ “HONOR”DUR
Elnur Kərimov əlavə etdi ki, “Honor” telefonları artıq bir çox Azərbaycan alıcısına məlumdur. Hazırda “Honor 7A” , “Honor 7A Pro”, “Honor 7C”, “Honor 7C Pro”, “Honor 9 Lite” və “Honor 10” telefonları satışdadır. Noyabrın 5-dən isə “Honor 8X” modelinin satışı başlayacaqdır: “Hazırda “İrşad Electronics” ən çox “Honor” telefonlarını satır. Belə ki, satdığımız telefonların təxminən 50%-i “Honor” markasına aiddir. Hədəfimiz “Honor”u cəmi satışlarımızın 70%-nə qaldırmaqdır”.
“HONOR”UN DAHA ÇOX SATILMASININ 2 SƏBƏBİ
Elnur Kərimov qeyd etdi ki, “Honor” telefonlarının daha çox satılmasının 2 səbəbi var: “Birincisi geniş funksiyalı telefonları münasib qiymətə təklif edirik. Markanın ən güclü modeli “Honor 10”dur. 999 manata satdığımız “Honor 10” modeli bazardakı 1500 manatlıq telefonların parametrlərinə malikdir. Bu gün təqdim etdiyimiz “Honor 8X”in satış qiyməti isə 599 manatdır. Buna baxmayaraq satışdakı təxminən 800 manat civarında olan telefonların parametrlərinə malikdir. Ümumiyyətlə, “Honor” telefonlarının qiymətləri 269 mantdan başlayır. Ən ucuz model “Honor 7A”dır. Satışın artmasının ikinci səbəbi davam edən kampaniyadır. Kampaniyanın şərtlərinə görə, “Honor” telefonlarını ilkin ödənişsiz, faizsiz və komissiyasız 12 aylıq hissə-hissə ödənişlərlə təklif edirik. Bundan başqa, “Kapital Bank” ilə də əməkdaşlıq edirik. Belə ki, noyabr ayının sonunadək “1 Kart”lılar “Honor” telefonunu nağd qiymətinə 18 ay hissə-hissə ödəməklə əldə edəcəklər.
1 İL ZƏMANƏT VERİLİR
Elnur Kərimov bildirdi ki, “İrşad Electronics” “Honor” telefonlarına 1 il zəmanət verir və bütün servis xidmətlərini həyata keçirir.
“TELEFON BAZARININ LİDERLƏRİNDƏN BİRİYİK”
Təqdimatda “İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxəliyev çıxış edərək bildirdi ki, artıq bir neçə ildir “İrşad Electronics” telefon bazarının liderlərindən biridir. 2000-ci ildə fəaliyyətə başlamış “İrşad Electronics”in hazırda 31 mağazası mövcuddur: “Bu gün “Honor 8X” smartfonunu təqdim edirik. Müştərilərimiz sabahdan bu telefonu “İrşad Electronics”in mağazalarından 599 manata əldə edə bilərlər. “Honor 8X” güclü smartfondur və qiymətdə “Honor” ilə rəqabət aparan telefon yoxdur”.
Aris Şıxəliyev, "Honor"un Azərbaycanda çox məşhur bir marka olacağını düşünürük. Çünki ölkəmizdə gənc və texnologiyaya çox yaxın əhali var. Yalnız gənclər deyil, ürəyi və ruhu gənc, özünü gənc hiss edib aktiv yaşayan kütlə bizim hədəfimizdir", - dedi.
ÇƏRÇİVƏSİZ EKRAN, 20 MEQAPİKSEL KAMERA...
Çıxışlardan sonra “Honor 8X” smartfonu təqdim edildi. Bildirildi ki, ilk dəfə 2018-ci ilin sentyabr ayında, Rusiyada isə oktyabr ayında təqdim edilmiş “Honor 8X” telefonu mükəmməl dizaynı və çərçivəsiz ekranı ilə diqqəti cəlb edir. 6.5 düymlük ekranda 2340 x 1080 piksel (Full HD) təqdim edən "Honor 8X" modeli, “Hisilicon Kirin 710” (12 nm) prosessoru ilə təchiz edilib. Bu prosessor sayəsində telefon sürətli çalışır.
Cihaz 4 GB ve 6 GB-lıq RAM, 64 GB və 128 GB-lıq daxili yaddaşlı olmaqla 2 variantdadır. Telefonun arxasında 20 + 2 meqapiksel cüt, önünüdə isə 16 meqapiksel F2. 0 selfi kamerası var. Telefon ilə keyfiyyətli fotolar çəkmək mümükündür.
OYUNLARI OYNAMAQ ÜÇÜN MÜKƏMMƏL TELEFON
“Honor 8X” smartfonu “GPU Turbo” qrafik texnologiyasına malikdir. Bu texnologiyanın yaratdığı titrəşmələr oyunların həqiqiliyini artırır. Bundan başqa, oyun sevənlər oyun oynayarkən “Honor 8X”in böyük ekranı sayəsində daha çox yeri görərək oyunda önə keçə bilərlər.
“Honor 8X” qara, göy, qırmızı və çəhrayı rənglərdə istehsal olunur.
"Honor 8X"in bəzi xüsusiyyətləri:
- Kirin 710 prosessoru, Mali-G51 MP4 GPU
- 4GB/6GB RAM, 64GB/128GB yaddaş yeri
- 6,5 düym (2340×1080 piksel) Full HD+ ekran
- Android 8.1 Oreo əməliyyat sistemi
- 20MP, f/1.8 diafraqma + 2MP cüt arxa kamera
- 12MP, f/2.0 diafraqmalı ön kamera
- 4G VoLTE, Wi-Fi 802.11 ac (2.4GHz / 5GHz), Bluetooth 5, GPS + GLONASS
- 3750mAh sürətli enerji yığımaq xüsusiyyətinə malik batareya
Təqdimatda da qeyd edildi ki, güclü təchizatına baxmayaraq "Honor 8X"in qiyməti əksər büdcəyə uyğundur. Satışda bu parametrlərdə 599 manata telefon yoxdur. "Honor 8X" telefonu həm dizaynı, həm də qiymətilə güclü bir rəqibdir. Ayda təxminən 50 manat ödəməklə bu telefonu almaq olar.
Tədbirdə “İrşad Electronics” şirkətinin əməkdaşları vurğuladılar ki, "Honor 8X”ı alanlar peşiman olmayacaqlar, hər gün telefondan zövq alacaqlar.
Qeyd edək ki, "Honor” markası Çinin "Huawei" qrupuna daxildir.
"İrşad Electronics" şirkəti 2000-ci ildə "I&R Telecom" adı ilə yaradılaraq fəaliyyətə başlayıb. Şirkət yeni yarandığı vaxtlardan sim nömrələrin, scratch-kartların, telefonların, telefon aksessuarlarının topdan və pərakəndə satışı ilə məşğul olurdu. 2003-cü ildən başlayaraq şirkətin fəaliyyəti genişləndirilib və mağazalarının sayı artırılıb. Hal-hazırda "İrşad Electronics" in 6-sı regionlarda olmaqla 31 mağazası fəaliyyət göstərir.
"İrşad Electronics" şirkəti "Samsung" və "Apple" daxil 10-dan artıq markanın rəsmi distribütorudur.
trend.az