"Azerbaijan Kids Fashion Week 2018" keçiriləcək
13.11.2018

Azərbaycanda ilk dəfə Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman” otelində 16,17,18 noyabr tarixlərində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Kids Fashion Week 2018” uşaq moda nümayişi keçiriləcək.

Təşkilatçıların verdiyi məlumata görə, “Azerbaijan Kids Fashion Week 2018 “ lahiyəsində 300 model olmaqla 70 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin geyim nümayişi olacaq.

Tədbirin layihə rəhbəri “ Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır.

trend.az