Brus Veyner son 15 ildir ki, dünyanın ən balaca avtomobillərini almaqla məşğuldur. İndi o yığdığı 200 dünyanın ən kiçik maşınını hərraca çıxarıb. Hərracın başlanğıc qiyməti isə nə az nə çox düz 7 milyon funt sterlinqdir.
İlk mikromaşınlar İkinci Dünya müharibəsi zamanı istehsal edilib. Həmin dövrdə Amerika və Böyük Britaniya qida, xammal, elektrik və qaz istehsalında əsl rəqabət aparırdılar. Lakin gözləntilərin əksinə olaraq mikro maşın bumu yalnız on il davam etdi və insanlar onlara olan həvəsi tez itirdilər.
Veynerin kolleksiyasına Peel P50 maşını və BMW-nin ən kiçik maşını da daxildir.
Hərrac 15 fevralda Amerikanın Georgia ştatında, Madison muzeyində keçiriləcək. Dünyanın indiyə qədər olan ən kiçik maşını, 1964-cü il istehsallı Peel P50- nin 45.000 dollara satılacağı gözlənilir. Whatta Drag adlanan model isə 65000 funt sterlinqə satılmalıdır.
Amerikalı biznesmen Veyner deyib:
- Mən uzun illərdir ki, bu kolleksiyadan həzz alıram. Lakin bu maşınları tapmaq və onları bərpa etmək mənə bəs etmir. Onları tam qiymətləndirmək üçün gərək bölüşəm. Mən həqiqətən də hərrac gününü səbirsizliklə gözləyirəm və xoşbəxtəm ki, bu unikal maşınlar dünyanın hər yerindən gələn kolleksiyaçılara qismət olacaq.
http://www.publika.az