Qatığa bu ədviyyatları əlavə edin. Təbii şəfa mənbəyi
22.11.2018

Payız və qız fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır.

Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır.

Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir.

Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər. Saglamolun.az medportal-a istinadla sizə faydalı içkilərin reseptlərini təqdim edir.

Qatıq + razyana

İltihabı azaldır, köpü aradan qaldırır, şişkinliyi azaldır, üz dərisinə müsbət təsiri var, sakitləşdirir.

Qatıq + mixək

Güclü antiseptik xüsusiyyəti var, yuxusuzluq və sinir gərginliyi zamanı kömək edir.

Qatıq + sarıkök

İmmun sisteminin fəaliyyətini əla stimullaşdırır, soyuqdəymədən qoruyur, oynaqlarda iltihabı azaldır, qaraciyər üçün çox faydalıdır.

Qatıq + zəfəran

Ürək üçün faydalıdır, beyinin fəaliyyətini yaxşılaşdırır, insanı gümrah edir. Səhər için.

Qatıq + darçın

Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, iltihab əleyhinə təsirə malikdir, arıqlamağa kömək edir.

Qatıq + zəncəfil

Orqanizmi ziyanlı maddələrdən təmizləyir, soyuqdəymə xəstəliklərinin qarşısını alır, immun sistemini və maddələr mübadiləsini stimullaşdırır.


Saglamolun.Az