Violin ifaçıları Bakıda konsert proqramı ilə çıxış edəcəklər
27.11.2018

Noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violin ifaçıları ansamblının konserti olacaq.

Muzeydən bildirilib ki, konsertdə Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri ifa ediləcək.

“Detaşe” ansamblının fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanıb.


azertag.az