8 dekabr 2018-ci il tarixində “Four Seasons” hotelində Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan “SHOP.AZ” və “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “E-Commerce 1.0” tədbiri keçiriləcək.
Tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentliklərini, çatdırılma şirkətlərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf üçün konstruktiv həll yolları təqdim etməkdir.
Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş “Hepsiburada.com”, “Alibaba.com” kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşəcəklər.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
Tədbirin təşkilatçısı və ideya müəllifi olan “SHOP.AZ” yerli pərakəndə satış şirkətlərini və onların məhsullarını müştərilərin rahat seçiminə təqdim edən e-ticarət platformasıdır. “SHOP.AZ” peşəkar komandası ilə daim innovativ həllərlə çıxış edir və bu sahədə daha çox dəyər yaradan şirkət olmaq missiyasını daşıyır.
E-commerce 1.0 haqqında ətraflı məlumat üçün https://ecommerce.shop.az/ səhifəsinə daxil ola bilərsiniz.
oxu.az