Noyabrın 29-da “Fairmont Baku” otelində yerləşən “İMAX Cinema” kinoteatrında Metropoliten Operanın Fransa bəstəkarı Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası nümayiş olunub.
Operanın nümayişindən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb.
Daha sonra nümayiş olunan tamaşa barədə H.Smit deyib: “Metropoliten Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edirik. Nyu-York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edir. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə təqdim olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub. Operada Elina Qarança (Dalila), Robero Alaniya (Samson) və azərbaycanlı Elçin Əzizov (Abimeleç) çıxış ediblər”.
Sonra tamaşa təqdim edilib.
azertag.az