“Art Tover”də gənc və həvəskar rəssamların əsərləri sərgilənəcək
30.11.2018

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində növbəti dəfə gənc və həvəskar rəssamlar üçün elan edilən müsabiqəsinin yekun sərgisi dekabrın 18-də açılacaq.

“Art Tover” rəsm qalereyasında reallaşacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə gerçəkləşəcək. “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Yanvarın 10-dək ziyarətçilər üçün açıq olacaq sərgi çərçivəsində qaliblərə diplom və müxtəlif hədiyyələr də veriləcək.


azertag.az