London Universitet kolleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur.
Alimlər həftədə 35-40 və 55 saatdan çox 2 qrup insanların sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Alimlər araşdırmada iştirak edən insanlara 10 il ərzində nəzarət edirdilər. Araşdırma göstərib ki, çox işləyən insanlar səyrici aritmiyadan (ürəyin qaydasız döyülməsi) daha tez-tez əziyyət çəkirdi. Səyrici aritmiya isə insult və digər problemlərin ehtimalını artırır.
Alimlər qeyd edirlər ki, aritmiyanın 10 halından 9-u bu vaxta qədər ürək və damar problemləri olmayan insanlarda qeyd olunb. Bu o deməkdir ki, aritmiyanın səbəbi çox güman ki, məhz işlə bağlıdır.
Saglamolun.Az