Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan müğənnisi, Xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunub.
Muğam Mərkəzindən bildirilib ki, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Konsertdə Tükəzban İsmayılovanın repertuarında olan mahnılar səslənib.
İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, Muğam Mərkəzində muğamın, milli və dünya musiqisinin ən gözəl nümunələrinin nümayişi və təbliği istiqamətində həyata keçirilən layihələr və tədbirlər təkmilləşdirilməkdədir.
azertag.az