Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması keçiriləcək.
Yarışmanın təşkilatı dəstəyi Mədəniyyət Nazirliyi və "Jam Group"dur. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).
Təşkilatçılar qeyd edir ki, bu yarışları keçirməkdə məqsəd gənclərin kənarda qalmamasıdır, onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə səbəb olmaqdır:
"Məlumdur ki, yerlər münsiflər heyyəti tərəfindən seçilir. Yarışmadakı iştirakçılar, qrup rəhbərləri yarışmadan sonra görkəmli, ad qazanmış, bu sahədə illərdi çalışan münsiflər heyyətimizlə söhbətlər edə və məsləhətlər ala bilərlər. Ümid edirik ki, keçirtdiyimiz və keçirdəcəyimiz bütün müsabiqələr, festivallar, konsertlər iştirak edən hər bir kəs üçün yararlı və uğurlu olar.
Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik".
trend.az