Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və İncəsənət Qalereyası yaradılır
11.1.2019

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi, İncəsənət Qalereyası və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Xarkovun mərkəzində yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzi, İncəsənət Qalereyası və Heykəl Parkının açılışı yaz aylarında planlaşdırılır.

Bu layihənin reallaşması səfirliyin dəstəyi və təşəbbüsü ilə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov tərəfindən həyata keçirilib

Azərbaycan Mədəniyyət Mərkəzinin və İncəsənət Qalereyasının əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir.

trend.az