İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) gələn ay Çinin paytaxtı Pekinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
Missiya fevralın 25-dən martın 1-nə qədər davam edəcək.
Missiyada qida məhsullarının, həmçinin şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan sahibkarlar iştirak edə bilərlər. İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı nazirlik yanında olacaq.
report.az